ABŞ kəşfiyyatı: Rusiyanın sursatı tükənir, zəifləyəcək!

Rusiyanın sursatları tükənir. Bu isə onların hücum potensialının azalması prosesini sürətləndirir.
Media1.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının adı açıqlanmayan rəsmisi deyib.
“Bizim sursatların tükəndiyinə və artıq onların gizli anbarlardan çıxarılması dair çoxlu sübutlarımız var”, – ABŞ kəşfiyyat rəsmisi deyib.
ABŞ kəşfiyyatının məlumatına görə, indi Rusiya batalyon-taktiki qruplarını birləşdirib və öz qüvvələrini bərpa etməyə çalışır.