08 Sentyabr 2024

ABŞ Gürcüstanla əməkdaşlıq proqramlarını yenidən nəzərdən keçirir

“Amerika Birləşmiş Ştatları Gürcüstanla bütün əməkdaşlıq proqramlarını nəzərdən keçirməyə başlayıb, bu ölkənin strateji kursunu dəyişəcəyinə ümid edir”.

Musavat.com xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa məsələləri üzrə baş direktoru Maykl Karpenter xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Ümid edirik ki, Gürcüstan hökumətinin yeritdiyi strateji kursun dəyişməsinin şahidi olacağıq. Amma hazırda Gürcüstanla bütün əməkdaşlıq proqramlarımız nəzərdən keçirilir”, – o bildirib.