09 May 2025

ABŞ-a böyük ŞOK! Rusiyalı iş adamı ETİRAF ETDİ – Moskva öz üsulları ilə…

Rusiyalı iş adamı Yevgeni Priqojin ABŞ və Rusiya arasında gərginliyi artıracaq açıqlama verib.

Musavat.com “Washington Post”a istinadən xəbər verir ki, son zamanlar rus komandirləri tənqid etməklə diqqət çəkən Priqojin Rusiyanın sosial media platforması “VKontakte”da verdiyi açıqlamada ABŞ seçkilərinə müdaxilə etdiyini etiraf edib.

“ABŞ seçkilərinə müdaxilə etdik və etməyə də davam edəcəyik. Bunu diqqətlə və öz üsullarımızla edəcəyik” – iş adamı deyib.

Priqojinin bəyanatı aralıq seçkilər ərəfəsində ABŞ-da şok effekti yaradıb. ABŞ mətbuatında bu yaxınlarda dərc olunan məqalədə iddia edilib ki, Priqojin müharibənin gedişatına görə Kremlə təzyiq göstərməyə çalışıb.

Rusiyalı iş adamının bu açıqlamasının arxasında nəyin dayandığı həm ABŞ, həm də Rusiyada maraq doğurur.

WhatsApp Image 2022-11-07 at 20.52.44.jpeg (54 KB)

Qeyd edək ki, Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqdan olan iş adamı Putini 1990-cı illərdən, bələdiyyə idarəsində işlədiyi vaxtdan tanıyır.

Priqojin adı 2010-cu illərə qədər Qərb mediasında “troll fabriki” dezinformasiya bölməsi tərəfindən xatırlanırdı.

ABŞ-ın xüsusi müşaviri Robert Mueller tərəfindən aparılan araşdırmaya görə, “troll fabriki” Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə cəhdinin bir hissəsidir. Həmin vaxt Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddiası günlərlə müzakirə edilsə də, Moskva bu iddiaları təkzib etmişdi.

Nigar Cəfərli