23 Dekabr 2024

Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, – Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, – Avinyan qeyd edib.//Virtualaz.org