Azərbaycanda 814 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 814 yeni yoluxma faktı qeydə alınıb, 342 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Media1.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 246 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 876 nəfər müalicə olunaraq sağalıb, 3 351 nəfər vəfat edib, aktiv xəstə sayı 10 077 nəfərdir.
Son sutka ərzində 8 386, bu günə kimi ümumilikdə 2 776 535 test aparılıb.