23 İyul 2025

Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

Üçüncü dəfədir ki, bu mühüm tədbir Qarabağda keçirilir. Görüşün yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirilməsi qərarının qonaqlar üçün maraqlı olacağı, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacağı vurğulanıb. COP29 ölkədə ilin tədbiri oldu. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı vurğulaayıb ki, Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Daxili gündəliyimizə gəldikdə aydındır ki, Azərbaycan öz inkişafına hansı istiqamətdə davam edəcəkdir. Əsas prioritet faydalı qazıntı sahəsi ilə bağlı deyil. Burada IT, aparıcı texnologiyalar sektorunu qeyd etmək istəyirəm. Biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik. Ancaq regional inkişafa və regional əməkdaşlığa gəldikdə bağlılıq layihələri prioritetdir və bu məsələ region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var.

Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir. Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlığımız bu sahədə işbirliyimizə mühüm töhfə verəcək. Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Ermənistan ərazimizi işğal etmişdir, lakin ABŞ Konqresində ermənipərəst lobbinin fəaliyyəti nəticəsində bizə sanksiyalar tətbiq edildi. Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Cənab Prezident opnu da qeyd edib ki, dəvət alsaq Ukrayna-Rusiya münaqişəsinin dayandırılmasında vasitəçi ola bilərik. “Ukrayna ilə Rusiya arasında münaqişənin heç olmasa dayanması üçün rol oynaya bilərsinizmi?” sualınıza gəlincə qeyd edim ki, biz yalnız dəvət olunan zaman məsələyə qoşuluruq. Əgər dəvət olunmuruqsa, biz öz yerimizdə qalırıq. Kiminsə dəvətsiz getdiyi kimi biz getmirik. Əgər dəvət olarsa, düşünürəm ki, biz lazımi vasitəçilik edə bilərik. Amma gərək xahiş edilsin. Xarici siyasətimizin istiqaməti dəyişməyib, lakin forması dəyişib. Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir. Prezident Tramp onları saxta xəbər adlandırır. Məsələn, “Washington Post”, “New York Times”, “Newsweek”, yaxud Fransanın “Le Monde” və “Figaro” kimi mətbuat orqanları. Bunlar Azərbaycanı gözdən salmaq üçün əlaqələndirilmiş, təşkil olunmuş hücumlar idi. Birinci səbəb isə erməni lobbisinin ayaq alması oldu. İkincisi, bilirsiniz, biz ölkəmizin potensialını bilirik. Azərbaycanın müxtəlif sahələrdə əhəmiyyətini bilirik və vaxt keçdikcə gücümüz də artır. Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi.

Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı