ŞƏHİD EŞQİN OMAROVUN DOĞUM GÜNÜNDƏ XATİRƏSİ ANILIB

10 iyul 2025-ci il tarixdə ağstafalı şəhid Omarov Eşqin Nəsib oğlunun doğum günü münasibətilə Aşağı Kəsəmən kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!