16 Aprel 2025

ŞƏHİD ELŞAD HƏSƏNOVUN İLDÖNÜMÜNDƏ XATİRƏSİ ANILIB

12 aprel 2025-ci il tarixdə ağstafalı şəhid Həsənov Elşad Qabil oğlunun ildönümü münasibətilə Ağstafa şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.