13 Mart 2025

Ötən gecə Ukraynanın 61 PUA-sı vurulub

Ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 61 pilotsuz uçuş aparatını məhv edib.

Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirir.

Məlumata görə, 37 PUA Rostov vilayəti, 20-si Bryansk vilayəti, ikisi Voronej vilayəti, biri Belqorod vilayəti və biri Oryol ərazisi üzərində məhv edilib.