22 Dekabr 2024

S.Qurbanov: “44 günlük Zəfər müharibəsinin ən həlledici məqamlarından biri Füzuli Şəhərinin işğaldan azad edilməsi idi”

Füzuli Şəhər gününün qeyd edilməsi ərəfəsində, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında, 44 günlük Zəfər müharibəsinin ən həlledici məqamlarından birinin Füzuli şəhərinin işğaldan azad edilməsi olduğunu vurğulayıb: 

“İndi biz qürur hissi ilə işğaldan azad olunmuş ərazilərimizin şəhər günün qeyd edirik. Belə günlərdən biridə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan şəhərin işğaldan azad olunmasıdır. Füzuli şəhərinin işğaldan azad edilməsi idi bütün hərbi ekspertlər bunu müharibənin nəticəsinə ən çox təsir edən məqam olduğunu qeyd edirlər. Qeyd etməliyik ki, cənab Prezidentin quruculuq siyasəti nəticəsində artıq Füzuli şəhəri əvvəlkindən də böyük şəhərə çevriləcək”.