03 Dekabr 2024

Khan Academy Lənkəran təhsilində layihəsinə yekun vurulmuşdur

AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəb tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsi üzrə bütün fəaliyyətlər başa çatmışdır.

Bununla əlaqədar Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbində təşkil olunan bağlanış tədbirində layihənin müsbət əhəmiyyəti, onlayn öyrətmə platforması Khan Academy haqqında geniş fikirlər səsləndirildi. Layihə rəhbəri, məktəbin direktoru İlkin Yaqubov, layihənin eksperti Asif Əsgərli, PR xidməti Gülnarə Bağırova və dəvət olunan digər Lənkəran təhsilinin nümayəndələri bu maarifləndirici layihənin davamlı praktik təsirini yüksək qiymətləndirdilər.

Yekun tədbirdə layihənin davamlılğının təmin edilməsi, həm Ləj kənd, həmdə Haftoni qəsəbə məktəblərinin növbəti tədris ilində də Khan Academy ilə riyaziyyat dərslərini keçmək üçün kifayət qədər texniki avadanıqlarla (planşet, qulaqlıq, modem və digər tədris metodikası) təmin edilməsi qeyd edilmişdir.  

8 ay müddətində icra olunan layihənin praktik fəaliyyətləri 5 ay davam etmiş, bu müddətdə təlim almış müəllimlərin öz şağirdləri ilə praktik riyaziyyat dərslərini planşetlər və digər texniki vəsaitlərlə tədris etmiş və Khan Academy platformasına məktəblilərdə böyük maraq yaratmışlar. 

Praktik məşğələlərdə müəllimlər bir daha əyani şəkildə Khan Academy onlayn platformasına qoşulmaqla şagirdlərin sürətli hesablama, riyazi və məntiqi təfəkkürlərinin, IQ qabiliyyətlərinin inkişafına dəstək olmuşlar.

Layihə və onun fəaliyyətlərinin bütün mərhələləri sosial media, KİV, şəbəkələr və digər internet resurslarında requlay yayılmış, maarifləndirici sosial çarx onlayn platformalarda yerləşdirilmişdir.

Layihə davamlılığı olaraq iştirakçılarının davamlı şəbəkəsi qurulmuş və növbəti tədris ilindən digər siniflərdə də Khan Academy ilə riyaziyyat və gələcəkdə digər fənlərin də tədrisi nəzərdə tutulur.

Layihənin PR xidməti