Kreml Ermənistanda baş verənləri “narahatlıqla izlədiyini” açıqladı
“Kreml Ermənistandakı situasiyanı narahatlıqla izləyir”.
Musavat.com xarici agentliklərə isitnaədn xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözləərinə görə, hazırda rəsmi İrəvanla hər hansı kontakt qurulmayıb.
“Biz son prosesləri yaxın müttəfiqimizin daxili işi hesab edirik və hər kəsi sakitliyə çağırırıq,”-deyə Rusiya rəsmisi söyləyib.
Dmitri Peskov böhranın konstitusiya və hüquq çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.