20 Aprel 2024

KTMT NATO-nun Gürcüstanda möhkəmlənmək planlarından narahat olduğunu bildirib

NATO və Gürcüstan arasında hərbi əməkdaşlığın gücləndirilməsi Dağlıq Qarabağda situasiyanı gərginləşdirə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Birləşmiş qərargahının rəisi, general Anatoli Sidorov danışıb.

Onun iddiasına görə, Rusiyanın vasitəçiliyi sayəsində Dağlıq Qarabağ ərazisində döyüş əməliyyatları dayanıb və böhranın nizamlanması prosesi başlayıb.

“İndi Gürcüstanla NATO-nun hərbi əməkdaşlığı genişləndirməsi bölgədəki mövcud şəraitə neqativ təsir göstərən faktora çevrilə bilər”,-deyə o söyləyib.

Andrey Sidorov 2020-ci ildə rəsmi Tiflislə Şimali Atlantika alyansı arasında tədbirlər paketi haqqında anlaşmanın əldə olduğunu, habelə 2021-ci ildə NATO gəmilərinin Gürcüstan limanlarına səfərlərinin artmasını, Qərbin hərbi bloku tərəfindən bu ölkənin Silahlı qüvvələrinə edilən maddi yardımları da xatırladıb.

“Bundan başqa respublikanın, habelə Qara dəniz akvatoriyasındakı hava məkanına nəzarət olunması məqsədilə ABŞ-ın da regionda hərbi mövcudluğu gündəmə gəlib. Bütün bunlar Qafqazda gərginliyi artırmaqdan və regional təhlükəsizliyin səviyyəsini aşağı salmaqdan başqa bir şeyə yaramır”,-deyə KTMT rəsmisi qeyd edib.