Avropa İttifaqı nəqliyyatda bərpa olunan enerjinin payını artırır
Avropa İttifaqında bərpa olunan enerji mənbələrinin nəqliyyatda payı 2022-ci ildə 9,6 faizə çatıb.
Musavat.com Eurostatın hesabatına əsasən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 0,5 faiz bəndi yüksək olsa da, 2020-ci ilin rekord səviyyələrindən 0,7 faiz bəndi aşağıdır: “Bu o deməkdir ki, Avropa İttifaqının bərpa olunan enerjinin təşviqinə dair 2023/2413 saylı Direktivi ilə 2030-cu il üçün müəyyən edilmiş 29 faiz hədəfə nail olmaq üçün böyük təkan lazımdır. Bu direktiv həmçinin ölkələrə başqa bir hədəfə nail olmaq imkanı verir: nəqliyyatdan istixana qazı emissiyalarının 2030-cu ilə qədər ən azı 14,5 faizazaldılması”.
Qurumun məlumatına görə, İsveç hazırda nəqliyyatda bərpa olunan enerji mənbələrinin ən yüksək payına (29,2 faiz) malik Aİ ölkəsidir və artıq 2030-cu il üçün hədəfə çatıb. 18,8 faizlə Finlandiya da çox yüksək rəqəm göstərir. Sonrakı yerləri hər biri təxminən 10 faizlik payla Hollandiya, Malta, Belçika, Danimarka, Avstriya, İtaliya, Almaniya və İspaniya tutur.
Nəqliyyatda RES-in ən aşağı payı Xorvatiya (2,4 faiz), Latviya (3,1 faiz) və Yunanıstanda (4,1 faiz) qeydə alınıb.
2021-ci ildən 2022-ci ilə qədər alternativ enerji mənbələrindən istifadədə ən böyük artım Almaniyada (+1,9 faiz.), Hollandiyada (+1.8 faiz.) və Macarıstanda (+1.6 faiz) qeydə alınıb: “Lakin onlar indiki sürətlə davam etsələr də, 2030-cu ilə qədər məqsədə çatmaq üçün kifayət etməyəcək”. Faizlərdə ən nəzərəçarpacaq azalma Xorvatiya (-4,6 faiz), Latviya (-3.3 faiz) və Sloveniyada (-2.8 faiz) müşahidə olunub.
Nəqliyyatda istehlak edilən bərpa olunan enerji mənbələrinə maye bioyanacaq (məsələn, biodizel), biometan və bəzi bərpa olunan elektrik enerjisi daxildir.