Özbəkistan ötən il 370 minə yaxın “Chevrolet” avtomobili satıb
Özbəkistan 2023-cü ildə təxminən 370 min avtomobil sataraq “Chevrolet” bazarında ikinci ən böyük istehsalçı olub.
Musavat.com podrobno.uz saytına istinadla xəbər verir ki, bununla da ölkə qlobal “Chevrolet” satış reytinqində ABŞ-dan sonra ikinci yeri tutaraq, ilk beşliyə daxil olub. İlk beşliyin satış göstəriciləri belədir:
ABŞ – 1 716 268 avtomobil;
Özbəkistan – 369 980 avtomobil;
Braziliya – 327 781 avtomobil;
Meksika – 172 066 avtomobil;
Çin – 168 830 avtomobil.
“Bu təsirli nəticə son bir neçə ildə ölkədə brend avtomobillərə tələbatın sürətli artımının nəticəsi idi ki, bunun da mühüm amili vahid GEM platforması əsasında yeni “Chevrolet Tracker” və “Onix” avtomobillərinin istehsalına uğurla başlanması olub. Bu barədə UzAuto Motors-un mətbuat xidməti məlumat yayıb.