Rəsmi İrəvanın cinayətləri
Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının şərqində yerləşir.
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisini işğal etdilər.
Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurdu, 128 min əhali məcburi qaçqın həyatı yaşamağa məcbur oldu. Işğal nəticəsində rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu, rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi.
Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Minlərlə Azərbaycan vətəndaşı 90-cı illərdə doğma ata-baba yurdundan məcburi köçkün düşmüşdür. O illərdə ermənilərin azğınlıqlarının, dinc sakinlərə qarşı qəddarcasına terror və soyqırım törətməsinin qarşısını almaq mümkün deyildi.
Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. 2021-ci 28 may tarixində həmin Baş Plan Azərbaycan ictimaiyyətinə təqdim olunmuşdur.
Prezident İlham Əliyevin dediyi kimi, indi “Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”. Amma bu tarix Azərbaycan xalqına, o cümlədən Ağdama ucuz başa gəlməyib. Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişik. Rayonun işğal olunmuş ərazilərində son illər böyük quruculuq, abadlıq işləri aparılmışdır. Prezidentin göstərişilə Ağdam rayonunun inzibati mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
Tezliklə bu yurdların sakinləri öz ata baba ocaqlarına qayıdacaq, həyat daha gözəl axarla davam edəcəkdir. Bu şərəfli günləri bizə yaşatdıqları üçün qürur və and yerimiz olan şəhidlərimizə, qəhrəman qazilərimizə borcluyuq!
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi