22 Dekabr 2024

Mərkəzi Asiya ölkələri üçun Azərbaycan dövləti strateji tərəfdaş və Avropaya açılan pəncərədi

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü ölkələr arasındakı əlaqələrin geniləndirilməsi əsas məsələlərdən biri olmuşdur. İkitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artırılmasıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Mərkəzi Asiya Dövlətləri ilə birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirilir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Çoxsaylı avtomobil yollarının çəkilişi həyata keçirilib. Əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar tikilirdisə, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir. Mərkəzi Asiya ölkələri ilə ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.Bu lahiyyə çərçivəsində işlərin aparılması yaxın zamanlarda infarmasiyya kominikasiyya sisteminin daha mükəmməl səviyyəyə gətirib çıxaracaq.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini