05 Fevral 2025

Artizan suları kəskin azalıb: Çıxış yolu nədir?

“Kəndlərdə quraşdırılan artizan sularının miqdarında azalma müşahidə edilir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında ekoloq Xosrov Musayev deyib. Onun sözlərinə görə, bir neçə ildən sonra kəndlərdə yeraltı sular azalacaq: 
“Mən bunu öz müşahidələrimdən görürüəm. Artizanlardan gələn sular ilbəil azalmaqdadır. Nə qədər ağır olsa da, deməliyəm ki, bu, ürəkaçan proqnoz deyil”. 


Xosrov Musayev vəziyyətdən çıxış yolu kimi ölkəboyu bəzi ərazilərdə böyük meşə zolaqlarının salınmasını və yeni göllərin yaradılmasını təklif edir:
“Bütün bunlar olarsa, buxarlanma çox olmayacaq. Bundan əlavə sudan qənaətlə istifadə etmək lazımdır. Belə deyirlər ki, Xəzər dənizinin suyunu şirinləşdirəcəklər. Duzdan təmizləyiblər, amma onu şirin suya çevirə bilmədilər. Elm bu problemin qarşısında aciz qaldı. Ümid var ki, duzlu suyu təmizləyib ondan şirin su düzəldək”. 
Bahar Rüstəmli