Tramp Baydeni ABŞ tarixinin ən korrupsioner prezidenti adlandırdı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ın “ən korrupsioner” prezidenti adlandırıb və ölkə qanunvericilərini hərəkətə keçməyə çağırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o özünə məxsus olan Truth Social platformasında yazıb.
“Co Bayden ABŞ tarixinin ən korrupsiyalaşmış prezidentidir və Nümayəndələr Palatasında hər gün bununla bağlı sübutlar gətirilir”, – deyə o bildirib.
Eks-prezident statusunda ABŞ Senatındakı respublikaçıların “nə üçün hələ də çıxıb fırıldaqçı Co Baydenin, radikal sol demokratların, faşistlərin və marksistlərin ölkəyə (ABŞ-a -red.) qarşı törətdikləri cinayət əməllərinə görə qınamadıqlarını” soruşub.
“ABŞ xalqı Senatın hərəkətə keçməsini nə qədər gözləyəcək?” – deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti (Kaliforniya ştatı) “Baydenin ailəsinin xaricdəki korrupsiya sxemlərində əli olduğuna görə” impiçment prosedurunu başlatmaq niyyətində olduqlarını açıqlamışdı.