“Azərbaycanla Ermənistan arasında sülhün vaxtı çatıb”
“Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb”.
Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə bildirib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş başlayıb. XİN başçıları arasında ikitərəfli görüş Vaşinqtonda keçirilir.