Əvəz Zeynallının məhkəməsi başlayır – Həyat yoldaşı tarixi AÇIQLADI
“Xural TV-nin baş redaktoru Əvəz Zeynallının işi üzrə məhkəmə prosesi başlayır.
Bu barədə Musavat.com-a Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.
O, bildirib ki, ilk məhkəmə iclası martın 27-nə təyin olunub.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əli Məmmədovun icraatında baxılacaq.