Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ – qiymət bahalaşdı
Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətlər müəyyənləşib.
Bu barədə Media1.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edir: “Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək”.
Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:
1.Xarici pasport;
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;
4.Sağlamlıq haqqında arayış.
Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Qeyd edək ki, bu məbləğ ötən il 5350 dollar idi.