FHN Kahramanmaraşda səhra hospitallarında tibbi xidmət alanların sayını açıqladı – FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyətini davam etdirir.
Belə ki, hospitallarda ötən günlər ərzində ümumilikdə 319-u uşaq olmaqla 1 623 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.https://www.youtube.com/embed/tdrR1lwScOk