FHN Türkiyədə fəaliyyət göstərən mobil hospitallarında xidmətin necə aparıldığını göstərdi – FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.
Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.https://www.youtube.com/embed/8_TMZbGrLLE