22 Noyabr 2024

Bir-birinə yaxın tikilən binalar təhlükə mənbəyidir: Bakı üçün də risk var – VİDEO

Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyi mövzusu aktuallaşıb.

Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və tələfat bir o qədər çox olur.

Xezerxeber.az xəbər verir ki, Bakıda da, az qala, bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyəti ara məsafəsinə əməl edilmədən tikilib.

Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.

Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.

Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evlərindən mənzil almağa üstünlük verəcəklər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:https://www.youtube.com/embed/GMFru_JxDaI