03 Noyabr 2024

YAP Bərdə rayon təşkilatında YAP-a yeni üzv olan şəhid anaları ilə görüş oldu.

Görüşdə YAP Bərdə rayon təskilatının sədri Fəqət Sadlinskaya şəhid analarının YAP- a üzv olmaq istəklərini alqişlayaraq, onları təbrik etmiş, bu addımın nə qədər böyük məna və əhəmiyyət daşıdığını xüsusi vurğulamışdır. Bildirmişdir ki, Sizin YAP ailəsinə rəsmi gəlişiniz hər birimizi qürurlandırır! Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi, məram və məqsədi xalqımızın istək və arzuları ilə eyni olan Yeni Azərbaycan Partiyası sıralarında olmaq istəyiniz Sizin polad birliyimizin sarsilmazligina növbəti və çox böyük xidmətinizdir! YAP Bərdə rayon təşkilatının hər bir üzvü Sizin YAP-a üzv olmaĝınızı yüksək qiymətləndirir! Sizinle bir sirada addimlamaq hər birimizə gücümüzü birə yuz qat artiracaq qədər əminlik bəxs edir! Biz sizinlə fəxr edirik! Əsl Azərbaycan qadını adınin müqəddəslərisiniz! Sizin bu addımınız Şəhidlərimizin canını qurban verdiyi amalı necə yüksək tutmağınız və davam etdirməyinizin ən munis təsdiqidir. Vətənə qaliblyi qazandıran məhz amalinizdaki və əqidənizdəki, övladlariniza təlqin etdiyiniz, öyrətdiyiniz Vətənsevərliyin, Vətənpərvərliyin möhkəmliyi və böyüklüyü oldu!Dəyanətiniz qarşısında baş əyirik, əziz şəhid anaları!

Görüşdə iştirak edən “Vətənə xidmətə görə” ordenli şəhid Asif Abışovun anası İsbət Hətəmova, “Azərbaycan Bayrağı” ordenli şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova, “Azərbaycan Bayrağı” ordenli şəhid Dövran Naibovun anası Xuraman Naibova, döyüş qəhrəmanlığı üç medala layiq gorulmuş şəhid Ərəstun Xıdirovun anası Səidə Qarayeva qürurla bildirdilər ki, onların igid oğulları Vətən müharibəsi başlanan ilk gündən illərlə bagrimizi şan-şan edən son nəticə üçün- Böyük Qələbə üçün düşmənin və ölumun üstünə yürüyərək qəhrəmanlıqla döyüşdülər, Vətən uğrunda şəhid oldular. Və Vətənin tarix yazan igid ogullari oldular! Onların amalı müqəddəsdir! Biz ömrümüzün sonunacan “Öncə Vətən” deyən oğullarımızın amallarindan qopmayacagiq! Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi “Dəmir yumruğu”n əbədi sarsilmazligi yolundan dönməyəcəyik! Məhz buna görə də Ulu öndərin yadigarı olan Yeni Azərbaycan Partiyasının siralarinda olmağı özümüzə birlik və həmrəylik yolu seçərək gəlmişik!
YAP Berde rayon teskilatinin əməkdasi Elövsət Məmmedov bütün üzvlər adından şəhid analarının bu addımından qürur duyduğunu bildirmis və demisdir ki, bu addım səhid ailələri ile bir aile kimi dərd ve qelebe sevincini paylaşmağın yaratdığı ən müqəddəs addımdır!
Sonda rəsmi qeydiyyat kitabını imzalayan şəhid anaları ilə YAP Bərdə rayon təşkilatının inzibati binasında Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.