Qan xeyriyyəçiləri Dünya Forumunda ölkəni təmsil etdi
Medianews.az xəbər veri ki, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və birliyin layihələr üzrə koordinatoru Ülkər Xanlarova 8-12 dekabr tarixlərində Nepalın Xatmandu şəhərində keçirilən “XX Dünya Gəncləri Forumun”da iştirak edib.
Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasan Forumun əsas müzakirə mövzusu pandemiya sonrası ölkələrdə qan donorluğunun vəziyyəti, yeni müştərək layihələr və təcrübə mübadiləsi olmuşdur. Forum iştirakçıları layihə çərçivəsində Nepalın Milli Qırımızı Xaç Cəmiyyəti və Mərkəzi Qan Bankında rəsmi görüşlərdə olmuşlar. Qeyd edək ki, forumun tərəfdaşları Qan Donorları Cəmiyyətlərinin Beynəlxalq Federasiyası, Beynəlxalq Gənclər Komitəsi və Nepal Milli Qan Donorları Cəmiyyəti olmuşdur.
Azərbaycanlı nümayəndə heyəti Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə forumda iştirak etmişdir.