30 yaşlı prokuror evində ölü TAPILDI – VİDEO
Türkiyədə 30 yaşlı prokuror Cihad Atabaş tək yaşadığı evində ölü tapılıb.
Musavat.com xəbər verir ki, Atabaşın ölümü ilə bağlı verilən açıqlamada bunun xəstəliyi ilə əlaqədar olduğu və heç bir şübhəli vəziyyətin olmadığı bildirilib.
Sözügedən hadisə Türkiyənin Amasya şəhərinin Gümüşhacıköy rayonunda baş verib. Həmin rayonda işləyən prokuror Cihad Atabaş yaşadığı evində vəfat edib.
Rayon prokuroru Cihad Atabaşla əlaqə saxlaya bilməyən həmkarı prokuror Doğukan Yiğit sağlamlıq və polis qrupları ilə birlikdə onun evinə gedib. Qapını açıb içəri girən qruplar, prokuror Atabaşın cansız bədəni ilə qarşılaşıb. Atabaşın meyiti yarılma üçün xəstəxana meyitxanasına aparılıb.
Amasiya Respublika Baş Prokurorluğu Cihad Atabaşın ölümü ilə bağlı yazılı açıqlama verib. Prokuror Atabaşın xəstə olduğu bildirilən açıqlamada “Prokurorumuzun hazırkı xəstəlikləri ilə əlaqədar təbii səbəblərdən dünyasını dəyişdiyi, bu mərhələdə heç bir şübhəli vəziyyətin olmadığı müəyyən edilib”, -deyə bildirilib.
Amasyanın Gümüşhacıköy səmtindəki evində ölü tapılan Respublika Prokuroru Cihad Atabaşın cənazəsi doğulduğu Yozqatın Sorğun rayonunda torpağa tapşırılıb.
Musavat.comhttps://www.dailymotion.com/embed/video/x8gtjlg?autoplay=1