Oğurluğa girdiyi evlərdə qadınları təcüvüz etməyə çalışıb…- Biri hamilə olub
Xaçmazda oğurluğa girdiyi evlərdə qadınlara təcavüz etməyə cəhd göstərən şəxsə hökm oxunub.
“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1990-cı il təvəllüdlü, Xaçmazın Qaraçı kəndində qeydiyyatda olan Kənan Quliyev (soyad şərtidir) 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun törətdiyi ilk əməl 2020-ci ilin 24 sentyabr tarixində, digər cinayət hadisəsi isə 23 iyun 2021-ci ildə baş verib.
Epizodların birində Kənan evə daxil olan zaman ev sahibi Aysel Qulamova (ad-soyad şərtidir) hamamda olub. Aysel hamamdan çıxdığı zaman onunla qarşı-qarşıya gəlib. Bu zaman Aysel qışqırmağa başlayıb, Kənan isə mətbəxdən götürdüyü bıçaqla onu qorxudub. Davamında isə təcavüz etməyə çalışsa da, Aysel müqavimət göstərməyi bacarıb. Cinayətkar qadına zərbələr və bıçaqla xəsarət yetirsə də, Aysel təslim olmayıb. Qadınla bacarmadığını görən Kənan evdən qaçıb. Aysel isə qonşuluğa qaçaraq qışqırmağa, hadisə barədə məlumat verməyə başlayıb. Davamında isə hadisə yerinə polis əməkdaşları gələrək qadının izahatını alıblar.
Digər cinayət epizodu da eyni ərazidə baş verib. Kənan bu dəfə Ayselin qonşuluğunda azyaşlı övladları ilə yaşayan Nigar Səlimovanın (ad-soyad şərtidir) evinə qanunsuz daxil olub. Bu zaman Nigar övladlarını marketə çörək almağa göndəribmiş. Kənan evə daxil olan zaman yenə eyni məqsədlə Nigarı hədələyib. Nigar isə daha ağıllı davranaraq, evində kamera olduğunu, hazırda evin həyat yoldaşı tərəfindən izlənildiyini deyib. Bundan sonra Kənan Nigara evdən həyətə çıxmağa məcbur edib. Elə bu anda darvaza döyülüb, Nigarın övladları marketdən qayıdıb. Kənan Nigara uşaqları evə salmağı, özünün isə bağa gəlməyini tapşırıb. Qadın isə davrazanı açaraq uşaqlara qaçmağı tapşırıb, özü də qonşusugilə qaçıb. Baş verən hadisə zamanı Nigar cinayətkar şəxsin üzünü tam görüb.
Onu da bildirək ki, Nigar Səlimova hadisə baş verən zaman 6 aylıq hamilə olub.
O, daha sonra qonşuluqda da oxşar hadisə baş verdiyini öyrənib. Polis şöbəsində isə hər iki əməli törədən şəxsin Kənan Quliyev olduğu müəyyənləşib. Bu, zərərçəkənlərin üzləşdirilməsi zamanı baş verib.