9 Noyabr – Azərbaycan Bayrağı Günüdür!
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
1993-cü ildə Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn xalqımızın ümummilli lideri Heydər Əliyevin ən başlıca məqsədi o idi ki, torpaqlarımız işğaldan azad olunsun və Dövlət bayrağımız həmin torpaqlarda dalğalansın. Bu məqsədlə Azərbaycanda ordu quruculuğuna başlanıldı. Düşmənin torpaqlarımıza qarşı olan təcavüzü dayandırıldı. Ordumuz qısa bir zaman ərzində əks hücuma keçərək bir çox yaşayış məntəqələrimizi işğaldan azad etdi. Ən böyük yaşayış məntəqələrindən biri olan Horadiz qəsəbəsində üçrəngli bayrağımız dalğalandı. 2003-cü ildə xalqın dəstəyi ilə Prezident seçilən Ulu Öndərin davamçısı cənab İlham Əliyev bayrağımızı daha da uca tutaraq 17 noyabr 2009-cu ildə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam vermişdir. 2009-cu ilin 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunmuşdur. Ən sevindirici hal olaraq Cənab Ali Baş Komandan qarşısına belə bir məqsəd qoymuşdur ki, işğal altında olan torpaqlarımızda düşmən bayrağı deyil, dövlət bayrağımız dalğalanmalıdır. Buna görə də Ali Baş Komandanımız düşmən tapdağında olan bütün torpaqlarımız işğaldan azad olunması üçün güclü ordu yaratdı. Bununla yanaşı qan tökülməsin, qurbanlar olmasın deyə düşmənin torpaqlarımızdan çıxması üçün danışıqlar aparırdı. Ancaq danışıqlara məhəl qoymayan düşmən 2016-cı ildə təxribata əl ataraq yaşayış məntəqələri ilə bərabər dinc əhalini də atəşə tutdu. Bundan sonra Ali Baş Komandanımız İlham Əliyev əks hücum əmri verdi. 05 günlük müharibədə düşmənin 100-dən çox döyüş tenikası və mindən artıq əsgəri məhv edildi. Bir neçə yüksəkliklərimiz azad olundu və azad edilən torpaqlarımızda Azərbaycanın dövlət bayrağı dalğalandı. Bundan qorxuya düşən düşmən havadarlarının köməkliyi ilə atəşi dayandırmaq üçün aman istədi.
2020-ci ildə düşmən yenidən dövlət sərhəddində təxribata əl atdı. Bununla kifayətlənməyən erməni silahlı birləşmələri bütün cəbhə boyu hücuma keçdi. Düşmənin bütün təxribatlarının qarşısını almaq məqsədi ilə Ali Baş Komandan əks hücum əmri verdi. 44 gün davam edən müharibədə düşmən diz çökdü. Azərbaycanın incisi olan Şuşa şəhəri işğaldan azad olundu. Ali Baş Komandanın irəli sürdüyü şərtlərlə düşmən razılaşaraq Ağdam, Kəlbəcər və Laçını boşaldaraq geri çəkildi. Bu qələbədən sonra Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirməklə qələbəmizi təmin etdi. Ali Baş Komandanımızın və güclü ordumuzun sayəsində işğaldan azad olunan hər bir şəhər və kəndlərimizdə Azərbaycan Bayrağı dalğalandı.
Bayramın Mübarək, Azərbaycan Xalqı!
Zövqiyyə Əsədova – Qarabağ Regional Təhsil İdarəsində metodist və PR menecer