22 Dekabr 2024

Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında “Nar Bayramı” qeyd edildi Video+Fotolar

Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Tarixən demәk olar ki, nar Azərbaycanın bütün regionlarında yetişdirilib. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən nardan istifadə edilir.

Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narı” üçün simvola çevrilib. Göyçay narının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayon torpağının tərkibi ilə bağlıdır.

Media1.az xəbər verir ki,Bərdə şəhər 10 nömrəli körpələr evi-uşaq bağçasının rəhbəri Leyla Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə bu gün, adı çəkilən təhsil müəssisəsində “Nar bayramı” keçirilmiş ,gələcəyimiz olan körpə fidanlarımız qeyri-maddi mədəni irsimiz haqqında dolğun şəkildə məlumatlandırılmışdır. və kollektivinə təşəkkürümüzü bildiririk.

Onu da qeyd edək ki, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” 2020-ci ilin dekabrın 16-da UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.