22 Noyabr 2024

“Qarabağ klanı” “B planı”nı işə salır: məğlub xalq revanşist – faşistlərin önünü açacaqmı?

Ermənistanda “müharibə partiyası” israrla “xortlamağa” çalışır; Ağdamdakı birgə monitorinq mərkəzinin açılışı daşnak-radikalların yuxusunu niyə qaçırıb…

Müzəffər Azərbaycan Ordusunun darmadağın elədiyi işğalçı Ermənistanda hərb, yoxsa sülh dilemması öz aktuallığını saxlayır. Avantürist qüvvələr, revanşistlər və onların nəzarətindəki media öz bədbəxt xalqının düzgün seçiminə kömək eləmək əvəzinə, onu növbəti fəlakətə doğru sürükləməkdədirlər. Faktiki heç nəyi qalmayan bu saxta və “izqoy” dövlətin guya təzədən və qısa müddətdə toparlanaraq Azərbaycana qarşı revanşa başlayacağına və “itirilmiş torpaqları” geri alacağına axmaqcasına ümid bəsləməkdədirlər.

Məsələ də ondadır ki, kapitulyasiya edən ölkədə hazırda sülhdən, qonşu ölkələrlə əməkdaşlığı təcili şəkildə bərpa eləməkdən daha çox, yeni müharibə imkanlarından dəm vururlar. Guya 44 günlük müharibəni uduzan erməni xalqı, hətta erməni ordusu da yox, “fərasətsiz Paşinyan hökumətidir”. Təsadüfi deyil ki, belə təbliğatın önündə 2018-ci ilin mayında hakimiyyətdən devrilmiş Qarabağ klanının, revanş hissi ilə alışıb-yanan keçmiş xunta rejiminin odioz simaları gedir – həm də artıq açıq formada, pərdə arxasında yox. Eyni zamanda, yeni müharibə hazırlıqları yönündə təkliflər daha gur eşidilməkdədir.

*****

Məsələn, belə bir fakt: İrəvanda keçirilən toplantıda Ermənistan Milli Elmlər Akademiyasının prezidenti Radik Martirosyan deyib ki, Türkiyənin “Bayraktar” pilotsuz uçan aparatların istehsalı və modernləşməsinə xərclədiyi vəsait Ermənistanın son 10 ildə elmə ayırdığı vəsaitdən çoxdur. Onun sözlərinə görə, axırıncı müharibədə erməni tərəfinin itkilərinin 90%-i Azərbaycanın hərbi-texnoloji üstünlüyü ilə birbaşa bağlı olub. Odur ki, onun fikrincə, Ermənistan bu sahədə inkişafa ciddi diqqət yetirməlidir. Yəni elmi də hərbi quruculuq relsinə keçirmək təklif olunur. Halbuki erməni xalqına bu dəqiqə acından ölməmək üçün gündəlik zəruri tələbat malları, normal dolanışıq lazımdır.

Əsl nonsens də elə budur: yoxsul, əhalisi yeməyə çörək tapmayan, üzü üstə düşən miskin ölkə özünün daşnak düşüncəli elm adamları ilə birgə nəinki Azərbaycana, supergüc Türkiyəyə qarşı da əsassız ərazi iddiaları ilə yaşamağa, onlarla “kəllə-kəlləyə” qoymağa davam edir, qonşularla silahlanma yarışına girməyi xəyal edir. Başqa sözlə, cəmi 3 ay öncəki ağır hərbi məğlubiyyətdən sonra da xain qonşular sülh haqda yox, müharibə haqda düşünür, məkrli, daha dəqiqi, özünüintihar planları qururlar.

Düşmən tərəfdə müharibə sonrakı ritorikaya dəlalət edən daha belə bir əcaib fakt.

“Yanvarın 30-da, hazırda Azərbaycanın işğalı altında olan «artsax respublikası»nın Əsgəran bölgəsinin Akna (Ağdam) şəhərinin ərazisində atəşkəsə nəzarət etmək üçün Rusiya-Türkiyə monitorinq mərkəzi açılıb”.

“Yeni Müsavat” xəbər verir ki, bu sitat “Ayastani Anrapetutyun” qəzetinin dünənki baş məqaləsindəndir.

Diqqət edildi yəqin ki, bu başdan xəstə millətin önündə gedənlər “artsax respublikası” adlı mifik, heç vaxt mövcud olmamış qurumun varlığına hələ də inanırlar. Nəinki inanırlar, hətta həyasızcasına keçmiş DQMV ətrafındakı Ağdam da daxil, 7 rayonu günü bu gün belə, üzdəniraq “artsax respublikası”nın tərkib hissəsi, “Azərbaycanın işğalı altındakı ərazilər” hesab edirlər. Üstəgəl, kapitulyasiyadan sonra da qanuni ərazilərimiz öz eybəcər adları ilə adlandırmağa davam edirlər.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib -  <font color=red>VİDEO</font>

Sitatın davamı: “Monitorinq pilotsuz uçuş aparatlarının istifadəsi və digər mənbələrdən alınan məlumatların qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək. ”Artsax” müharibəsi zamanı pilotsuz aparatların istifadəsi və müharibənin nəticələrinə təsiri olduqca geniş idi. Bu mənada həmin aparatlarının köməyi ilə monitorinq bizə qarşı gizli təhlükələri də özündə ehtiva edir. Ekspertlərə görə, Türkiyə-Azərbaycan tandemi başqa məqsədlərə də xidmət edə bilər. Lakin döyüş meydanındakı məğlubiyyət mübarizəni dayandırmalı olduğumuz anlamına gəlməməlidir. Bu gün, “artsax”ın statusu məsələsinin unudulmağa cəhd edildiyi zaman əsas vəzifələrimizdən biri status məsələsini Ermənistanın milli-dövlət maraqlarının tələb etdiyi kimi, daim gündəmdə saxlamaqdır”.

Göründüyü kimi, düşmən tərəfdə “köhnə bayatılar”ı oxuyanlar heç də az deyil…

*****

Bu arada Ermənistandakı “müharibə partiyası”nın təzədən “xortlaması” yönündə artan səylər də diqqət çəkir. Eks-prezident, Xocalı hərbi canisi Robert Köçəryanın ötən həftəsonu öz partiyası ilə erkən parlament seçkilərinə qatılacağı və qalib gələcəyi ilə bağlı özündənrazı bəyanatı bu xüsusda əsla təsadüfi hesab edilmir.

“Erməni faşizminin ideoloqu Köçəryanın siyasi səhnəyə çıxması daha çox müxalifətinin ümidsizliyindən doğur, hansı ki, heç cür kütləni Nikol Paşinyana qarşı üsyana sövq edə bilmir”.

Ekspert: Regionda nəqliyyat yollarının açılması ilə iqtisadi əlaqələr dirçələcək

Andrey Petrov

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Vesti.az-a rusiyalı analitik Andrey Petrov bildirib.

Onun sözlərinə görə, hələ 2008-ci il mart hadisələri ilə bağlı haqqında istintaq gedən R.Köçəryanın kölgədən çıxması gözlənilirdi: “Daha əvvəl heç kəsdə nə mənfi, nə də müsbət emosiya doğuran Vazgen Manukyanı formal olaraq vahid namizəd qismində irəli sürən Qarabağ klanı artıq ”B planı”nı həyata keçirməyə başlayıb. Müasir erməni faşizminin əsas ideoloqlarından olan Köçəryan indi özü səhnəyə çıxıb. Ancaq bildiyim qədər, ölkədə ona münasibət birmənalı deyil. Bəziləri onun Ermənistana nə qədər pislik etdiyini xatırlayaraq, Köçəryanın yenidən hakimiyyətə qayıda biləcəyi ağlının ucundan belə keçirmirsə, digərləri güman edir ki, yalnız belə birisi, müharibə cinayətləri və terrorizmdən çəkinməyən sərt lider ölkəni böhrandan çıxara bilər”.

Sərkisyan və Köçəryan arasında görüş –

Ekspertin qənaətincə, Nikol Paşinyan qədər zəif olsa da, Ermənistan vətəndaşları Köçəryan bandasını 2018-də heç də ona görə hakimiyyətdən salmayıb ki, bir neçə il sonra təzədən iqtidara geri qayıtsın. “Bu müddətdə Qarabağ klanının nə siyasi proqramı, nə də dövlət idarəçiliyi ilə bağlı yanaşmaları dəyişməyib. Elə isə Köçəryanı və onun silahdaşı Serj Sərkisyanın dövründə insanların pis yaşadıqları dövrə qayıtmağın mənası nədir?”, – deyə politoloq haqlı sual edib.

Rusiyalı analitikin əminliyinə görə, bu gün Ermənistanda parlamentdəki yerlərin əksəriyyətini Paşinyanın “Mənim addımım” blokundan ala biləcək siyasi qüvvə yoxdur, çünki müxalifətçilərdən heç biri seçicilərinə gələcək üçün normal plan təklif etmir. “Müxalifətdə Köçəryan da daxil olmaqla, hamı Ermənistanı xilas eləmək, qorumaq kimi ümumi təbliğat ifadələri ilə xalqı başdan edir. Erməni siyasətində, ümumiyyətlə, qəbul edilmiş bir konsepsiya halına gələn erməni faşizminin Köçər ideologiyasında işğal kursunun fiasko variantı, Azərbaycanla müharibədə məğlubiyyət variantı sadəcə, nəzərdən keçirilmirdi və buna görə də insanlar onlara baxaraq görürlər ki, müxalifət ölkəni yenidən müharibəyə çəkir. Müharibəni isə indi heç vaxt müharibədə olmayan və ya qohumlarını itirməyənlər istəyə bilər”, – deyə ekspert sonda əlavə edib.

Demək, Azərbaycan da “dəmir yumruğu” daim hazır vəziyyətdə saxlamalıdır…

Analitik xidmət,
“Yeni Müsavat”