22 Dekabr 2024

Operativ Qərargah vacib məlumat yaydı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Media1.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 821 532 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 730 nəfər müalicə olunaraq sağalıb, hazırda 883 aktiv xəstə var. Bu günə qədər 9919 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2656, bu günə qədər isə ümumilikdə 7 252 623 test icra olunub.