12 Mart 2025

Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad etdi

Ukrayna hərbçiləri Kupyanskın cənubundakı Kupyansk-Uzlovaya kəndi üzərində nəzarəti təmin edib.

Media1.az Report-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib.

Onun sözlərinə görə, uğurlu əməliyyat nəticəsində əraziyə tam nəzarət təmin olunub.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsinin azad olunduğuna dair məlumat yayılmışdı.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.