22 Noyabr 2024

Anar Kərimov UNESCO-nun konfransında iştirak edəcək

Mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 28-30 sentyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində keçiriləcək UNESCO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Mədəni Strategiya və Dayanıqlı İnkişafa dair Dünya Konfransında (“Mondiacult 2022”) iştirak edəcək.

Bu barədə Media1.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, “Mondiacult 2022” UNESCO tərəfindən irəli sürülən təşəbbüslərə əsaslanaraq davamlı inkişaf naminə mədəniyyət üzrə qlobal siyasət dialoquna yeni təkan verməyi hədəfləyir.

Sözügedən konfransda 160-a yaxın ölkənin mədəniyyət nazirləri daxil olmaqla, 1500-dən çox qonağın iştirakı nəzərdə tutulur.

Səfər çərçivəsində nazir A.Kərimovun “İrs və mədəni müxtəliflik böhran dövründə” mövzusunda çıxışı, habelə bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.