20 Aprel 2024

Bərdə Xalq Teatrı 27 sentyabr ” Anım günü ” -nə həsr olunmuş tamaşa hazırlayıb

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Xalq Teatrının hazırladığı tamaşanın yekun məşqləri aparılıb.

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamış və müharibə ölkəmizin şanlı qələbəsi ilə başa çatmışdır.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Müvafiq Sərəncamın icrası ilə bağlı 27 Sentyabr – Anım Günü ilə əlaqədar Bərdə Regional Mədəniyyət İdarəsi üzrə tabe mədəniyyət müəssislərində anım tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçiriləcək tədbirlərdən biri isə Bərdə rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Bərdə Xalq Teatrının Vətən müharibəsinə həsr etdiyi teatr tamaşasıdır. Tamaşanın yekun məşqləri aparılmış və məşqlərdə regional idarənin rəisi Vəsilə Möhsümova yaxından iştirak etmişdir.