13 Mart 2025

Ukrayna Rusiyanı təslim olmağa çağırdı

Rusiyanın hələ də təslim olmaq və qoşunlarını Ukrayna torpaqlarından çıxarmaq imkanı var.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Tvitterdə məlumat yayıb.

“Şansınızı qaçırmayın, saat irəliləyir… tik-tak, tik-tak”, – deyə mesajda belə bir qəribə cümlə keçib.

Öz növbəsində müdafiə naziri Aleksey Reznikov da Ukraynanın müharibədə qalib gələcəyini, bundan sonra indiki Rusiya Federasiyasının parçalanmasının başlayacağını bildirib.

“Hamımıza Ukraynanın qələbəsinə inanmağı arzu edirəm. Xeyir şəri mütləq məğlub edəcək, çünki biz işıqlı tərəfdəyik. Və onun mütləq qaranlıqdan üstünlükləri var. Biz qalib gələcəyik. Orklar və Mordor ölkəsi (Rusiya – red.) ayrı-ayrı dövlət subyektlərinə ayrılacaq”, – deyə Reznikov qeyd edib.

Onun fikrincə, ukraynalılar Rusiya Federasiyasının dağılma prosesini görə biləcəklər.

Media1.az