13 Mart 2025

Rusiyalı keçmiş mer həbs edildi-Ukrayna ilə müharibəyə qarşı çıxdığına görə

Yekaterinburqun keçmiş meri, müxalif siyasətçi Yevgeni Royzman bu gün səhər saatlarında xüsusi təyinatlılar tərəfindən “Rusiya ordusunu gözdən salmaq” ittihamı ilə həbs edilib.

Media1.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb

Qeyd edək ki, Royzmana qarşı irəli sürülən maddəyə görə, onu üç ilə qədər həbs gözləyir.

“Roizman Fondu”nun verdiyi informasiyaya görə, müxalifətçinin ofislərində də axtarışlar aparılır. Bundan əlavə, Yekaterinburqda Yevgeni Royzmana məxsus “Nevyanskaya ikona” muzeyində axtarış tədbirləri keçirilib. Müxalif siyasətçinin telefonu və pasportu müsadirə edilib.

Xatırladaq ki, bu ilin fevral ayının 24-dən Rusiyanın Ukraynaya işğalçı müdaxiləsindən sonra Yevgeni Royzman “Rusiya ordusunu nüfuzdan salan” fikirlərinə görə inzibati qaydada üç dəfə cərimələnib.