Rusiyanın Ukraynada itkiləri 45 mini aşdı

Ötən sutka ərzində Ukrayna hərbçiləri azı 300 rus əsgərini məhv edib. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibə başlamasından bəri ümumi itkiləri 45,2 min nəfərə yaxınlaşıb.
Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə bazar günü Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiyanın şəxsi heyət və texnikası ilə bağlı itkiləri aşağıdakı kimidir:
tanklar – 1912 (+5) ədəd,
zirehli döyüş maşınları – 4224 (+12) ədəd,
artilleriya sistemləri – 1028 (+10) ədəd,
Reaktiv yaylım atəş qurğuları – 266 (+0) vahid,
hava hücumundan müdafiə sistemləri – 141 (+0) ədəd,
təyyarə – 234 (+0) ədəd,
helikopterlər – 197 (+0) ədəd,
PUA – 806 (+3),
qanadlı raketlər – 190 (+0),
gəmilər / qayıqlar – 15 (+0) ədəd,
avtomobil avadanlığı və tankerlər – 3143 (+6) ədəd,
xüsusi avadanlıq – 99 (+2).
Rusların dünən ən çox itkiyə Donetsk və Nikolayev istiqamətlərində məruz qaldığı qeyd olunur.
Bundan başqa cənubda Ukrayna Silahlı qüvvələrinin artilleriyaçıları Rusiya ordusunun 7-ci hava desant-hücum diviziyasının 247-ci desant-hücum alayının komanda məntəqəsini vurduqları məlum olub.