Londonun meri: “Milyonlarla britaniyalı istiliksiz və qidasız qala bilər”

Hökumət tədbirlər görməsə, milyonlarla britaniyalının bu qışda istilik, qida əldə etməyə imkanı olmayacaq.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Londonun meri Sadiq Xan bildirib.
“Bu, baş verməməlidir. Hökumət müdaxilə etməlidir ki, insanlar əsas ehtiyaclarını ödəyə bilsinlər”, – Sadiq Xan vurğulayıb.