13 Mart 2025

Kissincer: “Vaşinqton Moskva və Pekinlə müharibə astanasındadır”

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer ABŞ-ın Rusiya və Çinlə “müharibə astanasında olduğunu” söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Henri Kissincer bu fikri “The Wall Street Journal” qəzetinə müsahibəsindədeyib.

“Biz Rusiya və Çinlə necə bitəcəyi və ya hara aparacağı bilinməyən, qismən özümüzün də səbəb olduğumuz bir müharibənin ərəfəsindəyik”,-deyə o, qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton ənənəvi diplomatiyadan imtina edib və böyük bir liderin yoxluğunda dünyanı Ukrayna və Tayvanla bağlı müharibə uçurumuna gətirib. Keçmiş dövlət katibinin bildirdiyinə əsasən, “burada olunacaq yeganə şey gərginliyi artırmamaq və müxtəlif həll variantları yaratmaqdır və bunun üçün müəyyən məqsəd olmalıdır”.