24 Dekabr 2024

“Fənərbağça” Çempionlar Liqası ilə vidalaşıb

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub. “Report”un məlumatına görə, son oyun günündə daha 6 cavab qarşılaşması keçirilib.

Azərbaycan çempionu “Qarabağ” İsveçrədə “Sürix”lə 2:2 hesablı heç-heçə edərək, mərhələ adlayıb. “Köhlən atlar” Bakıdakı ilk görüşdə qələbə qazanmışdı – 3:2.

Türkiyə “Fənərbağça”sı evdə Ukraynanın “Dinamo” (Kiyev) klubuna uduzaraq, mübarizəni dayandırıb.

Macarıstan “Ferentsvaroş”u isə Slovakiyada “Slovan” (Bratislava) kollektivini darmadağın edərək, III raundda “Qarabağ”ın rəqibi olub.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

20:00. “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) – 8:0

Qollar: Huqo Vetlesen, 8. Viktor Bonifeys, 22 (p). Amahl Pelleqrino, 25; 55 (p) Ulrik Saltnes, 29. Runar Espoyord, 53; 89. Alfons Sampsted, 74.

İlk oyun – 0:1

21:00. “Sürix” (İsveçrə) – “Qarabağ” (Azərbaycan) – 2:2 (ƏLAVƏ VAXTDA – 0:1)

Qollar: Maksim Medvedev, 4 (avtoqol). İvan Santini, 90+6 – Kadi Borges, 55. Ovusu Kvabena, 97

İlk oyun – 2:3.

21:00. “Malmö” (İsveç) – “Jalgiris” (Litva) – 0:2

Qollar: Matias Kehinde, 35. Renan, 53

İlk oyun – 0:1.

21:00. “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:2 (ƏLAVƏ VAXTDA – 0:1)

Qollar: Attilla Szalai, 89 – Vitali Buyalski, 57. Oleksandr Karavayev, 114

İlk oyun – 0:0.

22:30. “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) – 1:4

Qollar: Vernon De Marko, 71 – Frank Boli, 20. Kristoffer Zakariassen, 31. Adama Traore, 89. Aissa Laiduni, 90+5

İlk oyun – 2:1.

23:00. “Olimpiakos” (Yunanıstan) – “Makkabi” (Hayfa, İsrail) – 0:4

Qollar: Tyaronn Şeri, 5. Fratsdi Pyero, 61; 65. Məhəmməd Abu Fani, 87

İlk oyun – 1:1.