28 İyul 2025

Ölkədə COVİD-19-a yoluxanların sayı 333-ə çatdı, ölən yoxdur

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 333 yeni yoluxma faktı qeydə alınıb, 187nəfər müalicə olunaraq sağalıb.

Media1.az  Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Ölkədə indiyədək 796 474 nəfər koronavirusa yoluxub. Onlardan 784 840 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 899 nəfərdir.

Ölkədə son sutka ərzində 2 945, hazırkı dövrədək isə 7 024 138 test aparılıb.