22 Noyabr 2024

Bərdə məktəbliləri tarixi ” Nüşabə qala”sına ekskursiya ediblər.

Mayın 22-də Bərdə şəhər 3 saylı məktəbin 6 ç sinifinin şagirdləri Bərdənin tarixi ” Nüşabə qala”sına ekskurs ediblər.

Media1.az-ın xəbərinə görə abidə mühafizəçisi Sevinc Məmmədova Allah-Allah türbəsinin tarixi barədə məktəbliləri məlumatlandırıb. Türbənin aşağı və yuxarı hisəsi ilə qonaqları tanış edib. Bildirib ki, türbə 1322-ci ildə Əyyub ibn Əl Hafiz Naxçivani tərəfindən inşa olunub. Memar Əcəmi memarlıq məktəbinin xüsusuiyyətlərini özündə əks etdirir.

Tarixi abidənin ziyarəti zamanı Allah-Allah türbəsinin qarşısında məktəblilər şəkil çəkdirib, abidə mühafizəçisinə təşəkkürlərini bildiriblər.

Bərdə şəhər 3 saylı tam orta məktəbin 6 ç sinif rəhbəri İradə Əliyevanın təşkilatçılığı ilə məktəblilər ” Allah-Allah” türbəsi ilə tanış olmuş, tarixi məkanın ərazisində saxlanılan Tovuzquşlarına tamaşa ediblər. Burada fəaliyyət göstərən çay evində təşkil edilmiş şirniyyat süfrəsində əyləşiblər.

Media1.az- Musa Muradlı