Regionlarda psixoloqların rolunun gücləndirilməsinə dəstək verilir
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi postmüharibə dövründə müharibənin təsirlərinə məruz qalan bölgələrdə psixoloqların bilik və bacarıqlarının artırmaqla, uşaqlara keyfiyyətli psixoloji dəstək göstərmək, uşaq hüquqlarının qorunması və təbliğində psixoloqlarıinn rolunu gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Ağdam və Ağcabədi rayonunda psixoloqlar üçün seminarlar həyata keçirilmişdir. Seminarlarda rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Sosial Xidmətlər Agentliyinin məsul şəxsləri iştirak etmiş, layihə çərçivəsində seminarların postmüharibə dövründə keçirilməsinin xüsusi əhəmiyyətini qeyd ediblər.
Seminarı giriş sözü ilə təşkilatın sədri Zaur Quliyev açaraq layihənin məqsəd və vəzifələri haqqında məlumat vermiş, seminar iştirakçılarına uğurlar arzulamışdır. Layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov “Psixoloqların rolunu gücləndirilməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat vermiş, Vətən müharibəsində qələbəmizin qazanılmasında igid oğullarımızın qəhrəmanlığından söz açmış, post müharibə dövründə psixoloqların üzərinə ciddi vəzifələrin və məsuliyyətlərinin olduğunu bildirib.
Layihə üzrə ekspert, psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Elmira Mirzəyeva seminarlar zamanı müharibənin təsirlərinə məruz qalmış rayonlarda postmüharibə dövründə uşaqların psixoloji durumu, Vətən müharibəsinin gedişində müharibənin acı nəticələri ilə üzləşmiş uşaqlarda yaranmış stress və gərginlik fonunda uşaqlara psixoloji dəstəyin həyata keçirilməsində psixoloqların rolunun gücləndirilməsinin zəruriliyi, şəhid və qazı övladlarına göstərilən psixoloji xidmətlər və uşaqların asudə vaxtının və sosial mühitə inteqrasiya olunmasıın təşkilində məktəb psixoloqunun və uşaq birliyinin rolu məsələləri mövzusunda təqdimatlar etmiş və mövzu ətrafında müzakirələr aparılıb.
Layihənin davamlılığı olaraq ekspertinin mentor dəstəyi ilə Seminarlarda iştirak etmiş psixoloqların hər birinin öz yaşadığı və fəaliyyət göstərdiyi icmada “1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibətilə tədbir və psixoloji yardım günlərinin təşkil olunması nəzərdə tutulur
Seminar iştirakçıları olan psixoloqlar vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Növbəti seminarlar Tərtər, Goranboy və Göygöl rayonlarda həyata keçiriləcəkdir.
“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi.