22 Noyabr 2024

Bərdəli çayçı Fəzail Xudaverdioğlu işindən zövq alır

Abdullayev Fəzail Xudaverdi oğlunun çayını bəyənməyən yoxdur.

2018-ci ildən Bərdə Dövlət İdarətmə və Texnologiya Kollecində çayçı işləyir.

Çayçı Fəzail işindən zövq aldığını deyir. Nə qədər işi çox olsa da yorulmur. Bunun da səbəbini belə izah edir. Gənclərlə işləyən adam heç vaxt yorulmaz. Çayçı Fəzailin xidmətindən burada təhsil alan tələbələr də ağızdolusu danışırlar. Onlar içdikləri çayın dadına heyrandılar. Harda olursa olsun burada içilən çayın əvəzini görmürlər. Ona görə də bura da çay içməyi daha çox xoşlayırlar.

Çayçı Fəzailin özü də tələbələrin onun sənətinə heyranlıq göstərmələrini bəyənir. Bildirir ki, tələbələrin məmnunluğunu qazanmağından fərəh hissi duyur.

Çayçı kollecin direktoruna , eyni zamanda müəllim kollektivinə də minnətdarlığını bildirir.

Çayçı Fəzailin arzuları çoxdur. Onlardan da biri çayını içən tələbələrin gələcək həyatlarında  xoşbəxt olmasıdır. Bildirdiyinə görə Kollec onun üçün ikinci ailə deməkdir.