22 Noyabr 2024

VIII dəfə keçiriləcək “Milli Marketinq Forumu”na geri sayım başladı

2013-cü ildən etibarən təşkil edilən və ölkəmizin marketinq sahəsində ilk forumu olan “Milli Marketinq Forumu” bu il VIII dəfə “FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcək. İki gün davam edəcək forum 10-11 iyun 2022-ci il tarixlərində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq.

Bu forum ölkəmizdə marketinq sahəsinin inkişafına dəstək, sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsi, yerli marketoloqlarla müzakirə fürsətinin yaradılması, bazarda mövcud olan və mövcud ola biləcək yeni tendensiyaların gündəmə gətirilməsi və bu sahə üzrə mütəxəssislərin bir araya toplanmasını əsas götürərək ölkə marketoloqları ilə daha sistemli şəkildə bilik mübadiləsi aparmağı, ümumi marketinqə olan baxışı müsbət istiqamətdə dəyişməyi, milli marketinq bazarında olan yenilikləri gündəmə gətirməyi hədəfləyir.

Tədbirin əsas təşkilatçısı “Facemark” MMC-nin həmtəsisçisi Rafiq Hunaltay tədbirin məqsədi, konsepti və bu ilki yeniliklər barədə fikirlərini belə ifadə edir:

“Reallığa daha yaxın olmaq üçün “ÖZ YOLUMUZ” olmalıdır. Bu il VIII “Milli Marketinq Forumu” məhz öz yolumuza işıq tutacaq. Ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin qarşılaşdığı 11 ən mühüm problemə qarşı öz çıxış yolumuzu bu il 8 paneldə işıqlandıracağıq. İlk dəfə bu il həm spikerlərin fərdi təqdimatlarından ibarət panellər, həm də “Davos” formatı müzakirələrinin baş tutacağı panellər olacaqdır”.

10-11 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da baş tutacaq və iki gün davam edəcək “MMF22” tədbiri ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün  tədbirin rəsmi internet səhifəsini (www.millimarketinqforumu.az), sosial media hesablarını izləyə bilərsiniz:

“Facebook”: https://www.facebook.com/MilliMarketinqForumu

“Linkedin”: https://www.linkedin.com/company/milli-marketinq-forumu/

“Instagram”: https://www.instagram.com/milli_marketinq_forumu/ 

Forumda iştirak ödənişlidir. Yerlər məhduddur! “Öz yolumuza” bilet əldə etmək üçün linkə keçid edin: https://millimarketinqforumu.az/