09 Avqust 2025

Şeyxülislamın müavinindən Ay açıqlaması: “Şamaxı rəsədxanası ilə danışmışıq”

“Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”.

Bu sözləri APA-ya açıqlamasında QMİ-nin sədr müavini Fuad Nurullayev deyib.

Şamaxı rəsədxanası ilə danışmışıq, Ay üfüqdə görünüb və Azərbaycanın bütün məscidlərində bayram namazı bu gün qılınacaq”, – Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazlarının qılınmasında sadəcə saat fərqi olacaq: “Buna da QMİ səviyyəsində icazə verilib”.