07 Avqust 2025

Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolu artırılmalıdır

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili ”layihəsi çərçivəsində maarifləndirici tədbir həyata keçirib .

Tədbir 29 Aprel 2022-ci il tarixində Mingəçevir şəhəri 18 nömrəli tam orta məktəbdə baş tutub.

Giriş sözü ilə çıxış edən layihə rəhbəri Hüseynova Aytən Famil qızı tədbir iştirakçılarına layihə  barədə geniş məlumat verib.Bildirib ki, layihənin məqsədi Mingəçevirdə gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etmək və  oxu mədəniyyətinin təşviqi və stimullaşdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasından ibarətdir.

Tədbirdə məktəbin direktoru Alməmmədova Gülu Mahmud qızı çıxış edərək mütaliə mədəniyyəti rolunun artırılması  barədə öz fikirlərini şagirlərlə bölüşüb.

Sonda Layihə rəhbəri Aytən Hüseynova “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili ”layihəsinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirib.

Media1.az