09 Avqust 2025

Sabahdan maska tələbi ləğv olunur – maskasız həyata hazırıqmı?

Xəbər verdiyimiz kimi, Azərbaycanda mayın 1-dən maska tələbi ləğv edilir. Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib. Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Bəs Bakı maskasız həyata necə hazırlaşır? AVM-lərdə, metrostansiyalarda, məktəblərdə buna hazırlıq necə gedir?

Mövzu ilə bağlı Musavat.com-un əməkdaşları iri və kiçik ticarət obyeklərində, təhsil müəssisələrində araşdırma aparıb.

Qeyd edək ki, artıq demək olar ki, vətəndaşlar kiçik ticarət obyektlərində, məsələn, xırda ərzaq mağazalarında, xırdavat dükanlarında tibbi maskadan istifadə etmirlər. Buna səbəb obyektlərdə insan sayının olduqca az, 3-5 nəfər olmasıdır.

Amma vətəndaşlar iri ticarət mərkəzlərində, “Mall”-larda qaydalara uyğun olaraq hələ də tibbi maskalardan istifadə edirlər. Hazırlıq məsələsinə qaldıqda isə AVM-lər və metrostansiyalar pandemiyadan öncə hansı şəraitdə işləyirdisə, həmin qrafiklə də işləyəcəklər. Sadəcə, dezinfeksiya işləri və bir sıra qoruyucu tədbirlər davam etdiriləcək.

“Təhsil müəssisələrində isə maska tələbinin aradan qaldırılmasından sonra yoxlamalar olmalıdır”.

Gedək, xarici ölkədə işləyək?” – Kamran Əsədov dövlət qurumlarının  müdaxilələrinə etiraz etdi » Sfera.az Azərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

 Kamran Əsədov

Bunu təhsil eksperti Kamran Əsədov Musavat.com-a açıqlamasında bildirib.

“Ali və orta təhsil müəssisələrində ən ciddi məsələ yoxlanılma prosesinin təxirə salınmamasıdır. Maska tələbinin aradan qaldırılmasından sonra şagirdlərin, tələbə və müəllimlərin işləri daha asan olacaq. Onlar artıq qoruyucu maskadan istifadə etmədən yaxın təmasda olacaqlar. Amma unutmamalıyıq ki, bu virusa hava-damcı yolu ilə yoluxulur. Buna görə də sağlamlığımızı qorumaq üçün ali təhsil müəssisələrində tələbələr dərsə daxil olmadan əvvəl ciddi şəkildə yoxlanılmalıdır. Eyni zamanda, ayda bir dəfə istər şagirdlər, istərsə də tələbələr test prosesinə cəlb edilməlidir. Pandemiya sonlanana qədər biz bu qaydalara riayət etməliyik. Yenə bildirmək istərdim ki, biz hələ də ara məsafəsini qorumalıyıq”.- deyə o qeyd edib.

Xatırladaq ki, tibbi maska tələbi aradan qaldırılsa da, təhsil müəssisələrində tibbi maskalardan istifadə məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.